Avropa Liqasının finalı üçün Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb

Futbol
  • 16 noyabr, 2018
  • 13:53
Avropa Liqasının finalı üçün Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini UEFA-nın elektron səhifəsindən əldə etmək mümkündür. 

Bunun üçün aşağıdakı keçiddən istifadə etmək mümkündür:

https://uelf.hospitality.uefa.com/home/”

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da keçiriləcək.