Avropa Liqasında "Zirə"nin rəqibi olan Lüksemburq klubunun büdcəsi açıqlanıb

Futbol
  • 28 iyun, 2017
  • 17:42
Avropa Liqasında Zirənin rəqibi olan Lüksemburq klubunun büdcəsi açıqlanıb

Bakı. 28 iyun. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan Lüksemburqun "Differdanj" klubunun büdcəsi məlum olub.

"Report"un məlumatına görə, bu barədə rəqib klubun prezidenti Fabritsio Bey açıqlama verib. O, "Differdanj"ın büdcəsinin 1 milyon 300 min avro təşkil etdiyini söyləyib.

Qeyd edək ki, "Zirə" və "Differdanj" arasındakı ilk oyun iyunun 29-da "Dalğa Arena"da keçiriləcək.