Avropa Liqasında 1/8 finala yüksələn komandalar müəyyənləşib

Futbol
  • 27 fevral, 2026
  • 02:44
Avropa Liqasında 1/8 finala yüksələn komandalar müəyyənləşib

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları baş tutub.

"Report" xəbər verir ki, matçlardan sonra 1/8 finala adlayacaq komandalar müəyyənləşib.

Türkiyənin "Fənərbağça" klubu İngiltərədə "Nottinqem Forest"in qonağı olub.

Almaniyanın "Ştutqart" komandası isə öz meydanında Şotlandiya təmsilçisi "Seltik"lə üz-üzə gəlib.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

"Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) 2:0

İlk oyun – 1:2

"Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan) 1:1, penalti seriyasında 3:4

İlk oyun – 2:2

"Ştutqart" (Almaniya) – "Seltik" (Şotlandiya) 0:1

İlk oyun – 4:1

"Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa) 0:2

İlk oyun – 1:0

"Genk" (Belçika) – "Dinamo" (Xorvatiya) 3:3

İlk oyun – 3:1

"Selta" (İspaniya) – PAOK (Yunanıstan) 1:0

İlk oyun – 2:1

"Nottinqem Forest" (İngiltərə) – "Fənərbağça" (Türkiyə) 1:2

İlk oyun – 3:0

"Bolonya" (İtaliya) – "Brann" (Norveç) 1:0

İlk oyun – 1:0

Qeyd edək ki, daha əvvəl "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Midtyullann" (Danimarka), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) 1/8 finala vəsiqə qazanıb.

44 - Tezliklə