Avropa Liqası: Bütün 1/8 finalçılar müəyyənləşib

Futbol
  • 24 fevral, 2022
  • 22:45
Avropa Liqası: Bütün 1/8 finalçılar müəyyənləşib

UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, Portuqaliyada "Braqa" və Moldova "Şerif"i arasında keçirilən cavab görüşünün əsas vaxtı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. İlk matçda "Şerif" eyni hesabla qalib gəldiyi üçün ümumi nəticə bərabərləşib.

Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilməyib. Penaltilər seriyasında isə "Braqa" 3:2 hesabı ilə qalib gəlib və 1/8 finala yüksəlib.

UEFA Avropa Liqası, pley-off mərhələsi

Cavab oyunları

24 fevral

21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - Sevilya" (İspaniya) - 1:0

İlk oyun - 1:3.

21:45. "Olimpiakos" (Yunanıstan) - "Atalanta" (İtaliya) - 0:3

İlk oyun - 1:2.

21:45. "Real Sosyedad" (İspaniya) - "Leyptsiq" (Almaniya) - 1:3

İlk oyun - 2:2.

21:45. "Latsio" (İtaliya) - "Portu" (Portuqaliya) - 2:2

İlk oyun - 1:2.

00:00. "Napoli" (İtaliya) - "Barselona" (İspaniya) - 2:4

İlk oyun - 1:1.

00:00. "Reyncers" (Şotlandiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:2

İlk oyun - 4:2.

00:00. "Betis" (İspaniya) - "Zenit" (Rusiya) - 0:0

İlk oyun - 3:2.

00:00. "Braqa" (Portuqaliya) - "Şerif" (Moldova) - 2:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 3:2)

İlk oyun - 0:2.

01:57

UEFA Avropa Liqasında pley-off mərhələsinin daha 3 cavab görüşü başa çatıb.

"Report"un məlumatına görə, İspaniya "Barselona"sı İtaliyada "Napoli" ilə qarşılaşmada qalib gələrək, mərhələ adlayıb. Qalib komandadan qolları Xordi Alba 8-ci, Frenki de Yonq 13-cü, Jerar Pike 45-ci, Pyer-Emerik Obameyanq 59-cu dəqiqədə vurub. Meydan sahiblərindən isə Lorentso İnsinye 23-cü dəqiqədə penalti ilə və Matteo Politano 87-ci dəqiqədə fərqlənib.

"Reyncers" isə Şotlandiyada Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə 2:2 hesablı heç-heçə edib. Nəticədə meydan sahibləri ilk görüşdəki 4:2 hesablı qələbə sayəsində 1/8 finala yüksəlib.

"Betis" İspaniyada Rusiya "Zenit"i ilə qolsuz heç-heçə edərək, ilk qarşılaşmada 3:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə çıxıb.

"Braqa" Portuqaliyada Moldova "Şerif"inə 2:0 hesabı ilə qalib gəlib və nəticədə ümumi hesab bərabərləşib. Bununla da görüş əlavə vaxta uzanıb.

23:44

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada İspaniya "Sevilya"sını qəbul edib. Görüş Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna ehtiyatda başlayan Emreli 62-ci dəqiqədə Bruno Petkoviçin yerinə meydana daxil olub. Qol da məhz 25 yaşlı forvardın meydana çıxmasından sonra vurulub. 65-ci dəqiqədə Mislav Orşiç penaltidən fərqlənib.

Mahir Emreli

Qələbəyə baxmayaraq, ilk görüşdə 1:3 hesabı ilə uduzan "Dinamo" mübarizəni dayandırıb. "Sevilya" isə adını 1/8 finala yazdırıb. La Liqa təmsilçisi ilə yanaşı, İtaliyanın "Atalanta", Almaniyanın "Leyptsiq" və Portuqaliyanın "Portu" klubları da mərhələ adlayıblar.