Avropa çempionatının seçmə mərhələ oyunu qəza səbəbindən təxirə salınıb
Futbol
- 05 sentyabr, 2025
- 14:09

Fransa və Lüksemburqun 21 yaşadək futbolçulardan ibarət komandaları arasında baş tutmalı olan Avropa çempionatının seçmə mərhələ oyunu qəza səbəbindən təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Lüksemburq yığmasının qəzaya düşməsi olub.
Fransa Futbol Federasiyası tərəfindən biletlər üçün ödənilən pulların geri qaytarılacağı bildirilib. Həmçinin xəsarət alanlara və zərərçəkənlərə tez bir zamanda yardım, həmçinin qəza ilə bağlı xilasətmə xidmətləri göstərildiyi açıqlanıb.
Qeyd edək ki, görüş bu gün Fransada baş tutmalı idi. Qəza səbəbindən matçın oktyabrın 3-nə təxirə salındığı və oyunun keçiriləcəyi yerin sonradan müəyyənləşdiriləcəyi bildirilib.
Son xəbərlər
07:11
Yunanıstan sahillərində 5,2 maqnitudada zəlzələ olub
Digər ölkələr06:32
Fransa hökuməti hava nəqliyyatında fasilələrin olacağını proqnozlaşdırır
Digər ölkələr06:04
Tramp ABŞ-də ukraynalı qadının qətlində demokratları təqsirləndirib
Digər ölkələr05:38
KİV: Boris Conson baş nazir əlaqələrindən qazanc əldə edib
Digər ölkələr05:19
Çin dənizdən 11 peyki olan "Jielong-3" raketini kosmosa göndərib
Digər ölkələr04:46
BMT Baş Assambleyasının yeni sessiyası sentyabrın 9-da başlayacaq
Digər ölkələr04:18
Sorğu: Fransızların 61 %-i Baş nazirin istefasından sonra parlamentin buraxılmasının tərəfdarıdır
Digər ölkələr03:50
KİV: "İstəklilər koalisiyası" ABŞ-nin Ukrayna üzərində hava qalxanını müzakirə edir
Digər ölkələr03:20