Forsberq Avropa çempionatları tarixində ikinci ən sürətli qolu vurdu
Futbol
- 23 iyun, 2021
- 16:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsveç yığmasının futbolçusu Emil Forsberq Avropa çempionatında yeni rekord müəyyənləşdirib.
"Report"un məlumatına görə, 30 yaşlı hücumçu E qrupunun III turunda Polşa ilə matçda buna nail olub.
Qarşılaşma başlayandan 1 dəqiqə 22 saniyə sonra hesabı açan forvard çempionatlar tarixinin ən tez ikinci qoluna imza atıb. O, II turda fərqlənən danimarkalı Yussuf Poulsenin nəticəsini də geridə qoyub.
Qeyd edək ki, ən sürətli qolun müəllifi isə AVRO-2004-də Yunanıstanla qarşılaşmada 65-ci saniyədə fərqlənmiş Rusiya millisinin hücumçusu Dmitri Kiriçenkodur.
Son xəbərlər
06:37
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib
Ekologiya06:10
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq
Digər ölkələr05:44
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
Region05:18
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Digər ölkələr04:43
NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
Digər ölkələr04:06
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Region03:40
ABŞ-də "Isaias" qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr03:11
"Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
Region02:36