AVRO-2016-nın rəsmi mahnısı hazırlanıb - VİDEO
Futbol
- 13 may, 2016
- 10:41
Bakı. 13 may. REPORT.AZ/ Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı hazırlanıb. "Report"un məlumatına görə, mahnı məşhur DJ və prodüsser Devid Quetta tərəfindən ərsəyə gətirilib.
İsveçli müğənni Zara Larssonun da yer aldığı mahnıda xüsusi tətbiqetmə vasitəsilə bütün dünyadan 1 milyon azarkeş iştirak edir. Mahnı "This One’s For You" ("Bu, sizin üçündür") adlanır.
Turnirin rəsmi mahnısı "Stade de France"da keçiriləcək açılış və bağlanış mərasimində ifa olunacaq. Bundan əlavə, cütlük iyunun 9-da Parisdə Eyfel qülləsinin altında konsert proqramı ilə çıxış edəcək.
Rəsmi mahnı hər oyundan əvvəl və sonra televiziyalarda, azarkeşlərin səslərinin olduğu hissə isə hər qoldan sonra tribunalarda təqdim olunacaq.
AVRO-2016-nın rəsmi mahnısı hazırlanıb - VİDEO
Son xəbərlər
15:42
Kubanıçbek Ömüralıyev: Seyid Yəhya Bakuvinin irsi türk və islam dünyasının ortaq mənəvi sərvətidir
Din15:42
Nazir: Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək
Elm və təhsil15:41
Nazir: Şagirdlər üçün avtobus xidmətini ictimai nəqliyyat məsələsi ilə birlikdə nəzərə almalıyıq
Elm və təhsil15:40
U-17-nin baş məşqçisi Xanlar Əliyev: "Toplanışda itirdiklərimizdən çox qazandıq"
Futbol15:39
Video
Bakıda "Beer & Food Festival 2026" keçiriləcək
Sosial müdafiə15:34
Şeyxülislam: İslamdaxili dialoq olduqca aktual və zəruridir
Din15:33
Emin Əmrullayev: Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar açıqlanacaq
Elm və təhsil15:31
Azərbaycanda 2030-cu ilədək 21 yeni peşə təhsili müəssisəsi inşa ediləcək
Elm və təhsil15:29
Foto