"Atletiko"nun 4 azarkeşi qəzada dünyasını dəyişib
- 07 fevral, 2017
- 06:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 fevral. REPORT.AZ/ İspaniyanın "Atletiko" klubunun 4 azarkeşi avtomobil qəzasında dünyasını dəyişib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hadis Torre-Paçeko şəhərində baş verib.
İki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb. Onlardan 4-ü "Atletiko" azarkeşi olub. Klub həyatını itirənlərin əzizləri və yaxınlarına başsağlığı verib.
Bədbəxt hadisə ilə əlaqədar "Atletiko"nun "Barselona"ya qarşı səfərdə keçirəcəyi İspaniya Kubokunun 1/2 final mərhələsinin cavab matçının bir dəqiqəlik sükutla başlanacağı istisna olunmur. Bu məqsədlə komandanın fan-klubu "Atletiko" rəhbərliyindən Kataloniya klubu rəsmiləri ilə razılığa gəlmələrini xahiş edib.
Qeyd edək ki, "Barselona" - "Atletiko Madrid" qarşılaşması bu gecə oynanılacaq. Matç Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.