Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB

Hadisə
  • 02 oktyabr, 2026
  • 21:30
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB

Naxçıvanda avtomobilin vurduğu piyada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, "Hyundai" markalı avtomobilin vurduğu 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə