"Atletik" klubunun kapitanı ilə vida mərasiminə 30 min azarkeş gəlib

Futbol
  • 14 may, 2024
  • 13:30
Atletik klubunun kapitanı ilə vida mərasiminə 30 min azarkeş gəlib

İspaniyanın "Atletik" klubunun kapitanı İker Munyainlə vida mərasiminə 30 mindən çox azarkeş qatılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Bilbaodakı "San Mames" stadionunda keçirilən tədbirdə "Atletik" 31 yaşlı futbolçu ilə vidalaşıb.

Stadiona gələn azarkeşlər sevimli komandalarının kapitanını unutmadıqlarını göstəriblər. O, 2009-cu ildən bəri 500-dən çox oyun keçirib, komandası ilə İspaniya Kubokunu və Superkubokunu qazanıb.

Qeyd edək ki, bu mövsüm "Atletik" La Liqada 35 turdan sonra beşincidir.

44 - Tezliklə