“Athletic” İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb

Futbol
  • 21 may, 2025
  • 08:48
“Athletic” İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb
Məhəmməd Salah

“New York Times”a məxsus “Athletic” nəşri “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahı İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusu elan edib.

“Report” xəbər verir ki, nəşr bu barədə sosial şəbəkədə paylaşım edib.

“Premyer Liqa 2024/2025 mövsümünün oyunçusu - Məhəmməd Salah (“Liverpul”). Misirli futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 28 qol vurub və 18 məhsuldar ötürmə edib”, – nəşr qeyd edib.

Xatırladaq ki, daha əvvəl Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxmışdı.

44 filmi