"Arsenal"la matçda topu rəqib futbolçunun başına atan Erlinq Holann cəzalanmayacaq
Futbol
- 23 sentyabr, 2024
- 16:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının V turunda "Arsenal"la keçirilən matçda topu rəqib futbolçunun başına atan "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann cəzalanmayacaq.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu qarşılaşmanın 90+8-ci dəqiqəsində komanda yoldaşı Con Stounzun fərqlənməsindən sonra topu əlinə alaraq "topçular"ın müdafiəçisi Qabriel Maqalyaesin başına çırpıb.
VAR hakimi Con Bruks həmin epizodda qayda pozuntusunun olmadığını və hadisənin oyun dayandıqdan sonra baş verdiyini bildirib.
Nəticədə həmin hərəkət aqressiv davranış kimi qiymətləndirilməyib.
Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" matçı heç-heçə yekunlaşıb - 2:2.
Son xəbərlər
09:13
Heydər Məmmədov: Bakıda keçiriləcək yüksək səviyyəli görüşdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunacaq
Hadisə
09:13
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
Futbol
09:11
Buzovnada 4 mərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub
Hadisə
09:11
QDTİB-in iştirakı ilə Azərbaycandakı layihələrin dəyəri 700 milyon avronu ötüb
Maliyyə
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.10.2026)
Maliyyə
09:05
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.10.2026)
Maliyyə
09:02
FIBA Avropa Kuboku: "Neftçi" növbəti oyununa bu gün çıxacaq
Komanda
08:54
EBRD Azərbaycandakı layihə portfelini cüzi artırıb
Maliyyə
08:44
Mask Tramp administrasiyasında işləyəndə "həddini aşdığını" etiraf edib
Digər ölkələr