"Arsenal" İspaniya klubunun hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Futbol
  • 17 fevral, 2026
  • 13:18
Arsenal İspaniya klubunun hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Londonun "Arsenal" klubu İspaniya təmsilçisi "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsın transferini nəzərdən keçirir.

"Report" "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı ispaniyalı futbolçu komandadakı mövqeyindən narazı olduğu üçün klubunu tərk etmək niyyətindədir.

"Arsenal" artıq Uilyamsın agentləri ilə danışıqlara başlayıb və yaxın müddətdə rəsmi təklif göndərməyi planlaşdırır. Keçidin yay "transfer pəncərəsi" zamanı baş tutacağı gözlənilir.

"Topçular"ın "Atletik"in tələb etdiyi 100 milyon avronu ödəməyə razı olduğu vurğulanıb.

Qeyd edək ki, N.Uilyams cari mövsümdə İspaniya çempionatında 19 matça çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bilbao klubu ilə müqaviləsinin müddəti 2035-ci ilin yayına qədərdir.

Son xəbərlər

Bütün Xəbər Lenti