"Arsenal"ın futbolçusu "Neftçi"yə məğlub olduqları oyunlardan danışdı
Futbol
- 04 fevral, 2020
- 14:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Mənə elə gəlir ki, Avropa Liqasına kifayət qədər hazır deyildik. Belə turnirlərdə komandada özünə güvənən və Avropada oynamış futbolçular olmalıdır. Amma bu təcrübə bizə çatmadı".
"Report" "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya "Arsenal"ının futbolçusu Qoran Çauşiç Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşdıqları "Neftçi" ilə matçlar barədə danışarkən deyib.
28 yaşlı serbiyalı yarımmüdafiəçi mövsümün əvvəlində çempionata yaxşı başladıqlarını söyləyib: "Neftçi"ni məğlub edə biləcəyimizə əmin idim. Amma komanda iki matçda da zəif oynadı".
Qeyd edək ki, "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinin hər iki qarşılaşmasında "Arsenal"ı məğlub edib - 1:0, 3:0.
Son xəbərlər
08:56
Yaponiya silah istehsalını iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevirmək istəyir
Digər ölkələr
08:54
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
Energetika
08:40
OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
Biznes
08:21
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb
Digər ölkələr
08:10
Axios: Respublikaçıların məğlubiyyəti İranla müharibənin yenidən başlamasına səbəb ola bilər
Digər ölkələr
07:42
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Biznes
07:15
Rubio Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə İrandakı vəziyyəti müzakirə edib
Digər ölkələr
06:36
Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib
Digər ölkələr
06:12
"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
Digər ölkələr