"Araz-Naxçıvan" təlim-məşq toplanışına başlayıb
Futbol
- 07 yanvar, 2025
- 06:40
Qış fasiləsindən maksimum faydalanmağa çalışan “Araz-Naxçıvan” bu gündən təlim-məşq toplanışına başlayıb.
"Report" Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində istirahətlə əlaqədar ölkəsinə yollanmış legionerlər də iştirak edir.
Yanvarın 12-dək davam edəcək hazırlıq prosesi zamanı futbolçular gün ərzində 2 məşq keçəcəklər. Səhər fitnes zalda çalışacaq komanda üzvləri ikinci hazırlığı stadionda reallaşdıracaq.
Qeyd edək ki, komanda hazırlıq prosesi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Yanvarın 9-da, saat 15:00-da “Kapital Bank Arena”da “Sumqayıt”la üz-üzə gələcək “qırmızı-ağlar” 2 gün sonra “Səbail”lə gücünü sınayacaq. İkinci matçın məkanı və başlama saatı barədə əlavə məlumat veriləcək.
Son xəbərlər
01:03
"Yuventus" əlavə vaxtda "Milan"a məğlubiyyətdən xilas olub
Futbol00:28
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
Region00:00
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
Digər ölkələr23:35
Foto
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Digər ölkələr23:13
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Digər ölkələr22:52
"Çelsi" London derbisində "Arsenal"a məğlub olub
Futbol22:28
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:20
Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub
Komanda22:07