"Araz-Naxçıvan"ın zədəli futbolçusunun durumuna aydınlıq gəlib
Futbol
- 22 avqust, 2025
- 10:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Araz-Naxçıvan"ın zədəli futbolçusu Ramon Maçadonun durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun "Report"a verdiyi məlumata görə, məşq zamanı zədələnən braziliyalı hücumçu artıq meydana çıxa bilər.
Hətta onun 2 gün sonra Misli Premyer Liqasında "Turan Tovuz"a qarşı oyunda forma geyinməsi belə istisna olunmur.
34 yaşlı oyunçu zədəsini sağaltdıqdan sonra həkimlər ona istirahət etməyi məsləhət görüblər. Bu səbəbdən klubun baş məşqçisi Elmar Baxşıyev Maçadonu riskə atmaq istəməyib.
O, komandanın Konfrans Liqasında keçirdiyi oyunlarda da iştirak etməyib.
Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" matçı avqustun 24-də "Azərsun Arena"da keçiriləcək.
Son xəbərlər
04:09
BMT-də Azərbaycanın Cənub-Cənub əməkdaşlığına verdiyi önəmdən bəhs olunub
Xarici siyasət
03:52
ABŞ-nin "George H.W. Bush" təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb
Digər ölkələr
03:35
ABŞ-də məktəbdə atışma baş verib, xəsarət alanlar var
Digər ölkələr
03:18
Slovakiyada "Moxovtse" AES-nin yeni bloku enerji şəbəkəsinə qoşulub
Digər ölkələr
02:43
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub
Digər ölkələr
02:24
Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına giriblər
Digər ölkələr
01:51
Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir
Digər ölkələr
01:17
Foto
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turunun oyunları baş tutub
Futbol
01:14
Foto
UEFA Avropa Liqasında II turun oyunları keçirilib
Futbol