"Araz-Naxçıvan"ın Türkiyədə yoldaşlıq matçı keçirəcəyi rəqiblər müəyyənləşib

Futbol
  • 07 iyul, 2025
  • 16:52
Araz-Naxçıvanın Türkiyədə yoldaşlıq matçı keçirəcəyi rəqiblər müəyyənləşib

Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın yoldaşlıq oyunlarındakı rəqibləri müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hər 3 matçda Türkiyə təmsilçiləri ilə qarşılaşacaq.

İyulun 9-da "Bayburtspor"la üz-üzə gələcək Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bundan 2 gün sonra Türkiyə Superliqası təmsilçisi "Alanyaspor"la qüvvəsini sınayacaq. "Araz-Naxçıvan" üçüncü matçını iyulun 17-də keçirəcək. Bu dəfə rəqib Superliqanın digər təmsilçisi "Trabzonspor" olacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

44 - Tezliklə