Ansi Aqolli: "Bizi ağır oyun gözləyir"

Futbol
  • 02 noyabr, 2016
  • 18:46
Ansi Aqolli: Bizi ağır oyun gözləyir

Yunanıstan, Saloniki. 2 noyabr. REPORT.AZ/ "Bizi ağır oyun gözləyir. PAOK güclü komandadır. Sabah yaxşı mühit olacaq və bütün futbolçular bunu istəyər".

"Report"un məlumatına görə, bunu "Qarabağ" klubunun futbolçusu Ansi Aqolli Avropa Liqasının IV turunda Yunanıstanda PAOK-la keçiriləcək görüş haqda danışarkən deyib.

Təcrübəli müdafiəçi bunları bildirib:

"Maksim də, mən və digər futbolçular da komandaya kömək etməyə çalışacağıq. Xüsusi bir tapşırıq yoxdur. Meydanda baş məşqçinin tələblərini yerinə yetirəcəyik".

44 - Tezliklə