Almaniya millisinin sabiq üzvü İtaliya klubunu çalışdıra bilər

Futbol
  • 05 iyun, 2024
  • 14:43
Almaniya millisinin sabiq üzvü İtaliya klubunu çalışdıra bilər

Almaniya millisinin sabiq üzvü, dünya çempionatının bombardiri olmuş Miroslav Kloze İtaliya təmsilçisi "Latsio"nu çalışdıra bilər.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 45 yaşlı sabiq hücumçu Roma klubunun hazırkı baş məşqçisi İqor Tudorun əvəzləyicisi olmağa ən real namizəddir.

Qeyd edək ki, M.Kloze 2011-2016-cı illərdə "Latsio"da çıxış edib və futbolçu karyerasını orada başa vurub. "Latsio" cari mövsüm A Seriyasını 61 xalla 7-ci yerdə başa vurub.

44 filmi