Aleksey Baqa: "Əli Qurbaninin epizodunda 100 faiz penalti var idi"

Futbol
  • 08 fevral, 2022
  • 17:22
Aleksey Baqa: Əli Qurbaninin epizodunda 100 faiz penalti var idi

"Əli Qurbaninin epizodunda 100 faiz penalti var idi".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.

Belaruslu mütəxəssis matçın yaxşı alındığını bildirib: "Qol epizodlarından yararlana bilmədiyimiz üçün 1 xala razılaşmalı olduq".

Hakimliklə bağlı da danışan Baqa deyib ki, onun işi ədalət təmsilçilərinə qiymət vermək deyil: "Biz ancaq öz oyunumuza köklənmişik. Hakimlərlə başqa qurum məşğul olur".

41 yaşlı baş məşqçi "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünə də toxunub: "Şansımız çox yüksəkdir. İlk matçdakı məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq. Komandam oyundan-oyuna artırır. Bunu asanlıqla görmək olar".

44 - Tezliklə