Aleks Baena ardıcıl üç böyük turnirin qalibi adını qazanan ilk futbolçu olub
Futbol
- 23 iyul, 2026
- 13:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya yığmasının və "Vilyarreal"ın yarımmüdafiəçisi Aleks Baena DÇ-2026-nın qalibi olmaqla dünya futbolu tarixində nadir nailiyyətə imza atıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı mərkəz oyunçusu ardıcıl olaraq qitə çempionatı, Yay Olimpiya Oyunları və dünya çempionatını qazanan ilk futbolçu olub.
Yarımmüdafiəçi əvvəlcə İspaniya millisinin finalda İngiltərəni məğlub etdiyi AVRO-2024-ün, daha sonra Paris-2024 Yay Olimpiya Oyunlarının, son olaraq DÇ-2026-nın qalibi adını qazanıb.
Qeyd edək ki, daha əvvəl yalnız Lionel Messi və Anxel Di Mariya həm qitə turnirinin, həm Olimpiya Oyunlarının, həm də dünya çempionatının qalibi ola biliblər.
Son xəbərlər
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol