AFFA “Sabah”ın şikayətini qismən təmin edib
Futbol
- 20 oktyabr, 2023
- 13:07
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın futbolçusu Tuncay Cəfərli ilə bağlı klubun apellyasiya şikayətini qismən təmin edib.
“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA Gənclər Liqasında çıxış edən oyunçunun 4 matçlıq cəzası 2-yə endirilib.
“Araz-Naxçıvan”la görüşdə topsuz sahədə rəqibi vurduğu üçün qırmızı vərəqə alan T.Cəfərli AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya olunmuşdu. Lakin Apellyasiya Arbitraj Tribunalı bu qərarı ləğv edib.
Futbolçunun davranışı ciddi qayda pozuntusu kimi qiymətləndirilib və ona 2 matçlıq cəza verilib.
Son xəbərlər
12:25
"Prior Leasing" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə12:23
İlhamə Qədimova: "Yeni qanunlar rəqəmsallaşmanı və beynəlxalq standartları əhatə edir"
ASK12:20
Kallas Aİ ölkələrini Ukrayna üçün təcili olaraq əlavə HHM raketləri tapmağa çağırıb
Digər ölkələr12:14
"Prior Leasing" 2 milyon manatlıq istiqraz buraxır
Maliyyə12:13
Serbiya Qoşulmama Hərəkatı ölkələri ilə əməkdaşlıq üçün 3 yeni təşəbbüs irəli sürüb
Digər ölkələr12:10
Foto
Azərbaycan Bəhreyn ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib
Energetika12:09
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
Digər ölkələr11:40
Video
Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib
Xarici siyasət11:38