AFFA rəsmisi UEFA Millətlər Liqasının oyununa təyinat alıb

Futbol
  • 01 aprel, 2025
  • 14:26
AFFA rəsmisi UEFA Millətlər Liqasının oyununa təyinat alıb
Zümrüd Ağayeva

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Report" xəbər verir ki, o, qadınlar arasında UEFA Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının VI qrupunun III turunun görüşü aprelin 4-də Skopyedə yerləşən Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.