AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

Futbol
  • 18 noyabr, 2021
  • 08:38
AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
Fritz Ştuxlik

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, avstriyalı funksioner UEFA Çempionlar Liqasında qrup mərhələsinin “Şerif” (Moldova) – “Real Madrid” (İspaniya) oyununun hakim-inspektoru olacaq.

Görüş noyabrın 25-də Tiraspol şəhərindəki “Şerif” stadionda keçiriləcək.