​AFFA rəsmisi "Astana Arena"da yoxlama aparacaq

Futbol
  • 03 avqust, 2015
  • 07:21
​AFFA rəsmisi Astana Arenada yoxlama aparacaq

Bakı. 3 aprel. REPORT.AZ/ AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb. "Report"un məlumatına görə, o, tədbirin direktoru (UEFA Venue Director) qismində Qazaxıstanın Astana şəhərində yerləşən “Astana Arena”nı yoxlayacaq.

Yoxlama prosesi avqustun 9-dan 12-dək davam edəcək. E.Məmmədov stadionun UEFA yarışlarının 2015-2016-cı il mövsümünə hazırlıq səviyyəsini yoxlayacaq.