AFFA "Qarabağ" və "Neftçi"ni cərimələyib
Futbol
- 27 noyabr, 2018
- 09:39
Bakı. 27 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi I Divizionun XI turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, komitə MOİK və "Neftçi-2"ni 240 manat məbləğində cərimələyib. Buna səbəb komandalar arasındakı görüş başa çatdıqdan sonra qarşıdurmanın baş verməsidir.
Qurum "Qarabağ" klubuna da eyni məbləğdə cəza kəsib. "Qarabağ-2"nin "Zaqatala" ilə görüşdə geyimində nöqsanlar aşkar olunub və bu səbəbdən qarşılaşma 5 dəqiqə gec başlayıb.
Qeyd edək ki, "Neftçi-2" MOİK-i 2:1 hesabı ilə məğlub edib. "Qarabağ-2" - "Zaqatala" matçında isə qalib müəyyənləşməyib - 1:1.
Son xəbərlər
04:15
İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
Digər ölkələr03:42
Tramp Harrisə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməsini təklif edib
Digər ölkələr03:13
Foto
İtaliyada Renuar, Sezan və Matisin oğurlanmış rəsmləri tapılıb
Digər ölkələr02:39
Qəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz
Region02:08
Foto
Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb, iki metrostansiyasını su basıb - YENİLƏNİB
Region01:53
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
Region01:29
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
Digər ölkələr00:54
Foto
Video
Sumqayıtda altı avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə00:42