AFFA prezidenti Klublar Komitəsinin iclasında iştirak edib

Futbol
  • 08 may, 2023
  • 09:57
AFFA prezidenti Klublar Komitəsinin iclasında iştirak edib

AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

İclasda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.