AFFA-nın baş katibi FİFA prezidenti seçkisində səs verib
Futbol
- 26 fevral, 2016
- 13:20
Bakı. 26 fevral. REPORT.AZ/ İsveçrənin Sürix şəhərindəki FİFA-nın Növbədənkənar Konqresi çərçivəsində qurumun prezidenti vəzifəsinə səsvermə başlayıb. "Report"un məlumatına görə, AFFA adından baş katib Elxan Məmmədov səs verib.
Daha öncə milli assosiasiya seçkidə namizədlərdən UEFA-nın baş katibi Canni İnfantinonu dəstəkləyəcəyini açıqlayıb. Digər namizədlər isə İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, FİFA-nın baş katibinin sabiq köməkçisi Jerom Şampandır. Cənubi Afrika Respublikasından olan iş adamı Tokyo Seksvale isə namizədliyini geri götürüb.
Qeyd edək ki, Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Elşad Nəsirov da iştirak edir.
Son xəbərlər
16:48
İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 16 %-dən çox artıb
Maliyyə16:43
"Europol" miqrantların qeyri-qanuni daşınmasında şübhəli bilinən suriyalıları saxlayıb
Digər ölkələr16:41
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Futbol16:36
"Ziraat Bank Azərbaycan"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə16:35
Foto
Səfir: Azərbaycan Türkmənistanın "Beynəlxalq Hüquq İli"nə dair təşəbbüsünü dəstəkləyib
Xarici siyasət16:31
Foto
AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib
Futbol16:31
Foto
AMB Nyu-York Federal Ehtiyatlar Bankı ilə valyuta ehtiyatlarının idarə olunmasını müzakirə edib
Maliyyə16:28
Foto
Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə olunub
Xarici siyasət16:19