AMB Nyu-York Federal Ehtiyatlar Bankı ilə valyuta ehtiyatlarının idarə olunmasını müzakirə edib
Maliyyə
- 06 avqust, 2026
- 16:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) və Nyu-York Federal Ehtiyatlar Bankı arasında valyuta ehtiyatlarının idarə olunması müzakirə edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Əli Əhmədov Nyu-York Federal Ehtiyatlar Bankının nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə olunan tendensiyalar, mərkəzi bankların üzləşdiyi aktual çağırışlar, eləcə də valyuta ehtiyatlarının idarə olunması sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin uzunmüddətli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Son xəbərlər
07:09
Xocavənd sakini: Nəhayət Qarabağa qayıdırıq
Daxili siyasət
06:55
Ağdama qayıdan keçmiş məcburi köçkün: İstərdim bu gün ata-anam da yanımda olsunlar
Daxili siyasət
06:51
Foto
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb
Daxili siyasət
06:24
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
Digər ölkələr
05:47
Vens: Tramp İranla uzunmüddətli müharibəyə yol verməyəcək
Digər ölkələr
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr