AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb
- 10 avqust, 2015
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 avqust. REPORT.AZ/ AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb. “Report”un xəbərinə görə, bəyanatda qeyd edilib ki, avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alıb, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir: “AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.