AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar açıqlanıb - RƏSMİ

Futbol
  • 08 yanvar, 2020
  • 11:22
AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar açıqlanıb - RƏSMİ

Bu gün “Bulvar oteldə” AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

"Report"un məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

- 2020-ci il yanvarın 28-də AFFA-nın növbəti Konfransı keçirilsin;

- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşdirilərək 2020-ci il yanvarın 28-də keçiriləcək AFFA-nın növbəti Konfransından sonra İcraiyyə Komitəsinin ilk iclasında təqdim olunsun.