AFFA futboldan uzaqlaşdırılan iki nəfərin şikayətini təmin etməyib
Futbol
- 14 iyun, 2024
- 12:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı son olaraq "İrəvan" klubunda çıxış edən futbolçu Fəhmin Muradbəylinin şikayətini təmin etməyib.
"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Danışılmış matçlarda iştiraka görə ömürlük futbolla əlaqəli fəaliyyətlərdən uzaqlaşdırılan yarımmüdafiəçi ilə bağlı qərar qüvvədə saxlanılıb.
Danışılmış oyunlara görə təqsirli bilinən “Azərbaycan Qartalları” klubunun məşqçisi Rüfət Həsənovun da şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Fəhmin Muradbəyli karyerasında "Neftçi", "Səbail" və "Keşlə" (hazırkı "Şamaxı") klublarının da formasını geyinib.
Son xəbərlər
16:18
"DigiTravel" ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
Maliyyə
16:18
EHF Avropa Kuboku: "Kür"ün növbəti mərhələdəki rəqibi bəlli olub
Komanda
16:18
Foto
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Xarici siyasət
16:14
Foto
Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib
Sağlamlıq
16:09
Zelenski Britaniyada səfərdədir
Digər ölkələr
16:09
"PAŞA Bank" səhmdarlarına daha 53,5 milyon manat dividend ödəyəcək
Maliyyə
16:02
"AFB Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
16:01
Foto
Goranboyda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
Hadisə
15:59
Manotonq Vonqsay: "Laos Azərbaycan neftinin idxalında maraqlıdır" - müsahibə
Biznes