AFFA Azərbaycan və Kanada yığmaları arasında yoldaşlıq görüşünün keçiriləcəyini təsdiqləyib

Futbol
  • 12 mart, 2016
  • 10:44
AFFA Azərbaycan və Kanada yığmaları arasında yoldaşlıq görüşünün keçiriləcəyini təsdiqləyib

Bakı. 12 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası mayın 23-də Avstriyaya təlim-məşq toplanışına yollanacaq. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesi çərçivəsində keçiriləcək yoldaşlıq görüşündə rəqib Kanada yığması olacaq. 

Görüş iyunun 3-də baş tutacaq. Toplanışa ertəsi gün yekun vurulacaq. 

Qeyd edək ki, Azərbaycan və Kanada yığmaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə ilk xəbəri Kanada Futbol Federasiyası yayıb. 

44 filmi