A Seriyası təmsilçisi futbolçusu ilə yollarını ayıracaq

Futbol
  • 29 dekabr, 2024
  • 05:15
A Seriyası təmsilçisi futbolçusu ilə yollarını ayıracaq
Mario Rui

İtaliya A Seriyası təmsilçisi "Napoli" futbolçusu Mario Rui ilə yollarını ayıracaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı portuqaliyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı şəkildə xitam veriləcək.

Futbolçu azad agent kimi başqa komandaya qoşulmağı düşünür.

Qeyd edək ki, M.Rui cari mövsüm "Napoli"nin heyətində heç bir oyunda iştirak etməyib.

44 - Tezliklə