​2015-ci ildə vurulan ən yaxşı qol müəyyən edilib - VİDEO

Futbol
  • 11 yanvar, 2016
  • 18:49
​2015-ci ildə vurulan ən yaxşı qol müəyyən edilib - VİDEO

Bakı. 11 yanvar. REPORT.AZ/ 2015-ci ildə yaşıl meydanlarda vurulan ən yaxşı qolunun müəllifi müəyyənləşib.

"Report" xəbər verir ki, bu, Braziliyanın "Qoyaneziya" klubunda çıxış edən Vendell Liradır.

O, Alessandro Florensi ("Roma") və Lionel Messini ("Barselona") üstələyib.

Liraya "Ferents Puşkaş" mükafatı verilib.

Mərasimdə "Fair play" mükafatı da öz sahibini tapıb. İngiltərə "Lids"inin sabiq futbolçusu Lukas Radebe qalibin adını elan edib. Bu, Almaniya yığmasının əslən qanalı sabiq futbolçusu Cerald Asamoa olub.

​2015-ci ildə vurulan ən yaxşı qol müəyyən edilib - VİDEO