Şarl Lekler: "Azərbaycan Qran-prisinin sıralama turu mənim üçün çox çətin keçdi"

Formula 1
  • 25 sentyabr, 2026
  • 17:46
Şarl Lekler: Azərbaycan Qran-prisinin sıralama turu mənim üçün çox çətin keçdi

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu "Ferrari" pilotu Şarl Lekler üçün çox çətin keçib.

"Report"un məlumatına görə, sürücü bu barədə mətbuat konfransında açıqlama verib.

O, sıralama turu ilə bağlı təəssüratlarını bölüşüb:

"Bu gün çox çətin keçdi. Bu həftəsonu istədiklərimi edə bilmədim. Çünki bolid yaxşı reaksiya vermirdi. Sonradan bir qədər yaxşılaşdı".

Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək. Ş. Lekler sıralama turunda ikinci yeri tutub.

44 - Tezliklə