Ruanda "Formula 1" mərhələsinin keçirilməsi üçün müraciət edib
Formula 1
- 14 dekabr, 2024
- 02:48
Ruanda "Formula 1" sinif avtomobil yarışları üzrə dünya çempionatının mərhələsinin keçirilməsi üçün rəsmi müraciət edib.
"Report" xəbər verir ki, bu barədə Ruandanın paytaxtı Kiqalidə Beynəlxalq Avtomobil Federasiyasının baş assambleyası zamanı Prezident Pol Kaqame bəyan edib.
Tədbir Afrikada ilk dəfə keçirilir.
"Mən rəsmən elan etməkdən məmnunam ki, Ruanda "Formula 1" Qran-prisini qəbul edərək yarış həyəcanını Afrikaya qaytarmağa iddialıdır. Biz bu fürsətə çox ciddi yanaşırıq", - deyə o bildirib.
Kaqame həmçinin Ruanda Politexnik Kollecinin tələbələrinin idman avtomobilinin prototipini yaratdıqlarını söyləyib. Onun sözlərinə görə, Ruandada Beynəlxalq Avtomobil Federasiyasının dəstəyi ilə avtomobil zavodu yaradılacaq.
Son xəbərlər
12:30
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İnfrastruktur12:29
UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub
Futbol12:22
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
Hərbi12:20
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 60 mini ötüb
Maliyyə12:19
Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək
Maliyyə12:16
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Ekologiya12:07
Bakıda üzərinə reklam lövhəsi aşan qadına zəruri tibbi xidmətlər göstərilib
Hadisə12:04
Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 23 % artırıb
Energetika12:01