"Red Bull" komandasının məsləhətçisi: "Bakıdakı yarışla bağlı nikbinəm"
Formula 1
- 15 sentyabr, 2025
- 13:13
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandasının məsləhətçisi Helmut Marko Bakıdakı yarışla bağlı nikbindir.
"Report" "Motorsport"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Maks Ferstappenin İtaliya Qran-prisində qalib gəlməsindən sonra digər yarışlarda rəqabət apara biləcəklərini söyləyib.
O, hazırkı dövrdə hər şeyin mümkün olduğunu vurğulayıb:
"Bakı və bu sürətli treklər üçün çox nikbinəm. Sinqapur indiyədək qalib gəlmədiyimiz yeganə yarışdır və yavaş traslar bizim üçün bir az daha çətindir. Amma inanıram ki, hazırkı dövrdə hər şey mümkündür. Tempi davam etdirə bilsək, əksər treklərdə rəqabət apara bilərik".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
Son xəbərlər
22:13
Foto
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilib
Futbol22:10
BVF cari il üçün Avrozonanın ÜDM artımı proqnozunu pisləşdirib
Digər ölkələr22:07
Kapadokyada Azərbaycanın Müstəqillik Günü münasibətilə 108 hava şarı buraxılıb
Region21:46
Foto
"Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Hərbi21:45
Tramp İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqlayıb
Digər ölkələr21:41
Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxıb, yeddi nəfər xəsarət alıb - YENİLƏNİB
Region21:24
Foto
Beyləqanda minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb
Hadisə21:16
Quterreş Yaxın Şərqdəki münaqişə tərəflərini zərbələri dayandırmağa çağırıb
Digər ölkələr20:52