"Haas"ın rəhbəri Ayao Komatsu: "Azərbaycan Qran-prisinin özünəməxsus tarixi və atmosferi var"

Formula 1
  • 21 sentyabr, 2026
  • 16:00
Haasın rəhbəri Ayao Komatsu: Azərbaycan Qran-prisinin özünəməxsus tarixi və atmosferi var

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin özünəməxsus tarixi və atmosferi var.

"Report"un məlumatına görə, bu barədə "Haas" komandasının rəhbəri Ayao Komatsu açıqlama verib.

Funksioner Bakıda baş tutacaq yarışla bağlı fikirlərini bölüşüb:

"Azərbaycan Qran-prisi üçün Bakı Şəhər Halqasına yollanırıq. Bu yarışın özünəməxsus tarixi və atmosferi var. Bu, hər kəsin səbirsizliklə gözlədiyi həftəsonudur".

A.Komatsu Bakıdakı küçə trasının çətin olduğunu vurğulayıb:

"Çətin küçə trası həm uzun düzlükləri, həm də köhnə şəhər ərazisindən keçən çox dar hissələri özündə birləşdirir. Bu da mühəndislərimiz qarşısında bolidin düzgün tənzimlənməsi ilə bağlı mürəkkəb vəzifələr qoyur".

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

44 - Tezliklə