Fransalı pilot Bakı trekindəki qəza barədə: "Əyləcə kifayət qədər güclü basmadım"
Formula 1
- 28 aprel, 2023
- 16:44
"Üçüncü döngəyə yaxınlaşarkən əyləcə kifayət qədər güclü basmadım və təəssüf ki, divara çırpıldım".
"Report"un məlumatına görə, bunu "Alpin" komandasının pilotu Pyer Qasli "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza törətməsi barədə danışarkən deyib.
Fransalı sürücü məyus olduğunu gizlətməyib: "Hidravlika ilə bağlı problemlərə görə ilk məşq bizim üçün istənilən kimi alınmadı. Uşaqlar təmirdə inanılmazı bacardılar, sıralama turuna bir dəqiqə qalmış işi bitirdilər. Bəzi müsbət cəhətlərə baxmaq lazımdır, lakin ümumilikdə gün asan keçmədi. Sabah və bazar günü xal toplamaq üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, sürpriz edə biləcəyik".
Qeyd edək ki, Pyer Qaslinin bolidi sərbəst yürüş zamanı yanıb, sıralama turunda isə divara çırpılıb.
Son xəbərlər
09:49
"Liverpul", "Bavariya" və "Real" Avstriya millisinin futbolçusu Paul Vanneri transfer etmək istəyir
Futbol09:49
Foto
Azərbaycan ADB ilə "yaşıl maliyyə"nin inkişafını müzakirə edib
Maliyyə09:49
KPMG: Qlobal minimum vergi qaydaları şəraitində Azərbaycan investisiya strategiyasını yeniləyir
Maliyyə09:45
Foto
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Elm və təhsil09:40
"Fitch" SOCAR-ın uzunmüddətli reytinqini təsdiq edib
Maliyyə09:39
XİN: Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu
Xarici siyasət09:29
Azərbaycan neftinin qiyməti 127 dolları keçib
Energetika09:21
Qərbi Azərbaycan İcması diplomatların Qarabağa son səfərinə Ermənistanın reaksiyasını pisləyib
Xarici siyasət09:17