"Formula 2": Azərbaycan Qran-prisində kütləvi qəza olub, yarışda fasilə yaranıb - YENİLƏNİB

Formula 1
  • 25 sentyabr, 2026
  • 14:58
Formula 2: Azərbaycan Qran-prisində kütləvi qəza olub, yarışda fasilə yaranıb - YENİLƏNİB

"Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza baş verib.

"Report"un məlumatına görə, hadisə birinci əsas yarışda qeydə alınıb.

Bir neçə bolid qəza törədib.

Nəticədə qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Qran-pri sentyabrın 26-da başa çatacaq.

"Premma Racing"in iki pilotu Sebastian Montaya və Mari Boya "Formula 2" üzrə Azərbaycan Qran-prisinin birinci əsas yarışından kənarda qalıblar.

"Report"un məlumatına görə, S.Montaya start xəttinə gedərkən insident səbəbindən bu halla üzləşib.

M.Boyanın idarə etdiyi boliddə isə problem aşkarlanıb. Onun avtomobili trasda qalıb və təhlükəsizlik maşını tərəfindən çıxarılıb.

Hazırda ikinci dərəcəli pilotların ilk əsas yarışı davam edir.