“Formula 1”: Şarl Lekler ABŞ Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərib

Formula 1
  • 21 oktyabr, 2023
  • 11:53
“Formula 1”: Şarl Lekler ABŞ Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərib

“Formula 1” üzrə ABŞ Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adına aydınlıq gəlib.

“Report”un məlumatına görə, “Ferrari” komandasından Şarl Lekler birinci olub.

“McLaren”dən Lando Norris ikinci, “Mercedes”in sürücüsü Lyuis Hemilton üçüncü yeri tutub.

Qeyd edək ki, ABŞ Qran-prisində əsas yarış oktyabrın 22-də olacaq.