"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
Formula 1
- 22 sentyabr, 2026
- 10:48
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpin" komandasının pilotu Pyer Qasli Bakıdakı yarışı bəyənir.
"Report" xəbər verir ki, sürücü bu barədə Fransa təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.
30 yaşlı pilot Azərbaycan Qran-prisi haqqında fikirlərini bölüşüb:
"Bakı həmişə ciddi sınaqlar vəd edir. Mən oradakı yarışda çıxış etməyi bəyənirəm. Trasın yüksək sürətli və dolanbaclı hissələri xoşuma gəlir. Üstəlik, çoxsaylı ötmə imkanları sayəsində buradakı mübarizələr adətən həyəcanlı keçir. 2021-ci ildə Bakıda podiuma yüksəlmişdim. Amma son illərdə bu trasda komandamızın işləri elə də yaxşı getməyib. Ümid edirəm ki, xal qazanmaq üçün imkan əldə edəcəyik".
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
Son xəbərlər
07:55
Bu gün Yasamal rayonu ilə Zirə qəsəbəsinin bir hissəsində işıq olmayacaq
Energetika07:27
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
Region07:00
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
Formula 106:46
Si Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək
Digər ölkələr06:26
Ceyhun Bayramov artan islamafobiyaya qarşı İƏT-nin birgə fəaliyyətinə diqqət çəkib
Xarici siyasət05:49
Kolumbiya İranla diplomatik münasibətləri kəsib
Digər ölkələr05:24
Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb
Region04:53
Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət04:25