"Kadillak" pilotu Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"

Formula 1
  • 23 sentyabr, 2026
  • 14:20
Kadillak pilotu Serxio Peres: Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm

"Kadillak" komandasının pilotu Serxio Peres "Formula 1" üzrə Azərbaycan Qran-prisini səbirsizliklə gözləyir.

"Report"un məlumatına görə, sürücü bu barədə Bakıdakı mətbuat konfransında açıqlama verib.

O, paytaxtdakı yarışda sıralama turlarının önəmli olduğunu vurğulayıb:

"Son bir neçə ildə şənbə günü baş verənlər hər şeyi müəyyənləşdirib. Məncə, vəziyyət bir qədər də dəyişə bilər. Maraqlı həftəsonu olacağını düşünürəm. Əlbəttə, yarışı səbirsizliklə gözləyirəm".

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.