Azad Rəhimov Bakıda keçiriləcək Formula 1 Qran Prisinə ayrılan vəsaiti açıqlayıb
Fərdi
- 18 dekabr, 2015
- 06:26
Bakı. 18 dekabr. REPORT.AZ/ Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisi məqsədilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat civarında vəsaitin ayrılması təsdiqlənib. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, bu günədək Formula 1 üçün Əməliyyat Şirkəti tərəfindən 5 milyon manatadək xərclənib. O, Azadlıq Meydanında pit-stopun tikintisi üçün tender elan ediləcəyini söyləyib. A.Rəhimov ümumi büdcənin 3-4 aya formalaşacağını da açıqlayıb.
Təxminən 30 min biletin satışa çıxarılacağını deyən nazir qiymətlərin 19 manatdan başlayacağını əlavə edib.
Son xəbərlər
06:10
Vaşinqtonda meşə yanğınlarının mənzil fonduna vurduğu ziyanın həcmi açıqlanıb
Digər ölkələr05:51
Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
Digər ölkələr05:07
Siciliya sahillərində içində amfora olan qədim gəmi aşkar edilib
Maraqlı04:48
Türkiyədə baş verən qəzada üç nəfər ölüb
Region04:11
Yaponiyada Naqasaki qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr03:42
Nişapurda 13 nəfər spirtli içkidən zəhərlənib, onlardan biri ölüb
Region03:05
Türkiyə Ukraynaya yeni səfir təyin edib
Digər ölkələr02:44
İraqda döyüş dronlarının hazırlanması ilə əlaqəli qrup saxlanılıb
Digər ölkələr02:09