Zabit Səmədov Heydər Əliyev Mərkəzinin parkında master klass keçib

Fərdi
  • 01 iyul, 2017
  • 10:43
Zabit Səmədov Heydər Əliyev Mərkəzinin parkında master klass keçib

Bakı. 1 iyul. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında növbəti həftəsonu tədbiri keçirilib.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu dəfə təşkil olunan kikboksinq üzrə dərsi 5 qat dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov keçib.

Məşğələdə 5-16 yaş arasında olan şəxslər iştirak edib. 2 saata yaxın davam edən dərsdə Z.Səmədov iştirakçılara fərdi tövsiyələr verib. 

44 - Tezliklə