Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
- 10 sentyabr, 2026
- 11:12
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə sentyabrın 12–14-də Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.
Bu barədə "Report"a ASİNF-dən məlumat verilib.
Azərbaycanla yanaşı, Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat Şıxov çimərliyi ərazisində baş tutacaq.
Mübarizəyə hər gün saat 11:00-da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də, saat 18:00-da başlayacaq. Açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar.
Həmçinin bütün iştirakçılara ASİNF tərəfindən sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.