Xetaq Qazyumov: "İki Olimpiya bürüncündən sonra gümüş medal daha pis nəticədir"

Fərdi
  • 21 avqust, 2016
  • 20:20
Xetaq Qazyumov: İki Olimpiya bürüncündən sonra gümüş medal daha pis nəticədir

Bakı. 22 avqust. REPORT.AZ/ "Çıxışımdan çox pis olmuşam, qızıl medal qazanmaq istəyirdim, lakin alınmadı, nə etmək olar, rəqib məndən güclü oldu".

"Report" Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, bu sözləri Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Xetaq Qazyumov deyib.

Ardıcıl iki Olimpiya bürüncündən sonra gümüş medal qazanmağı dəyərləndirən idmançı bunun daha pis nəticə olduğunu bildirib:

"Bu daha da pisdir. Çünki bürünc medalı qazanırsan, amma gümüşü "qızıl"ı uduzaraq alırsan".

O, həmçinin Toğrulun oyunu ilə bağlı fikir bildirib:

"Mən buna fikir verməməyə, ümumiyyətlə oyuna baxmamağa, həyəcanlanmamağa çalışdım. Yəni ki, onun məğlub olması mənim görüşümə təsir göstərmədi".

O, karyerasını davam etdirməklə bağlı suala "bunu gələcək göstərəcək" deyə cavab verib.