Vüqar Həşimov Memorialı: Püşk atılıb, ilk turda qarşılaşacaq cütlüklər bəlli olub

Fərdi
  • 18 dekabr, 2021
  • 11:55
Vüqar Həşimov Memorialı: Püşk atılıb, ilk turda qarşılaşacaq cütlüklər bəlli olub

Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, “Fairmont Baku” hotelində təşkil olunan tədbir kreativliyi ilə diqqət çəkib. Püşkdə nömrələr kepkalardan çıxıb.
İştirakçılar əvvəlcə asılqandakı kepkaları götürərək içindəki nömrəni deyiblər. Daha sonra isə kepkanı başlarına qoyublar.

Püşkatmanın nəticəsinə əsasən, ilk turda aşağıdakı şahmatçılar üz-üzə gələcək.

Vüqar Həşimov Memorialı

I tur

David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov

Sergey Karyakin (Rusiya) - Riçard Rapport (Macarıstan)

Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov

Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli

44 - Tezliklə