Velosiped üzrə Federasiya Kuboku yarışının 2-ci mərhələsi keçirilib

Fərdi
  • 22 sentyabr, 2025
  • 18:32
Velosiped üzrə Federasiya Kuboku yarışının 2-ci mərhələsi keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-ci il üçün təsdiq edilmiş təqvim planına əsasən, MTB-nin Enduro növü üzrə Federasiya Kuboku yarışının 2-ci mərhələsi keçirilib.

"Report" xəbər verir ki, Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.

2008-ci il və daha yuxarı təvəllüdlü həvəskar idmançılar arasında Emin Süleymanov fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əli Hacıyev 2-ci, Pərviz İlyasov isə 3-cü yeri tutub.

2009-cu il təvəllüdlü və daha gənc idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Aydın Məmmədov, Tahir Quluzadə və Toğrul Məmmədli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

Fərqlənən idmançılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.

Son xəbərlər

Bütün Xəbər Lenti